')

Bu gün:


FutbolPress.Az | “Prezident Kuboku-2023”: ilk günün qalibləri məlum oldu

“Prezident Kuboku-2023”: ilk günün qalibləri məlum oldu


oxunma sayı: 318 Paylaş:

FutbolPressÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasına start verilib.

Futbolpress.az xəbər verir ki, yarışın ilk günü Suqovşanda baş tutub.

Əvvəlcə 2005-2006-cı il təvəllüdlü oğlanlar birnəfərlik kayakda 200 metr məsafəyə yarışda mübarizə aparıblar. Elmir Məmmədov (Azərbaycan) birinci, Sezar Amari (Moldova) ikinci, Radislav Çifliqarov (Bolqarıstan) isə üçüncü yeri tutub.

Eyni məsafəyə bir nəfərlik kayakda 2007-2008-ci il təvəllüdlü qızların mübarizəsində Yıldız Özgün Naz (Türkiyə) qızıl, Mişel Fessun (Ukrayna) gümüş, Mixaela Rusu (Rumıniya) isə bürünc medal qazanıb.

2009-2010-cu il təvəllüdlü qızların yarışında isə Evelina Kostenko (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İzabela Aleksandra Jarnovska (Polşa) və Sofiya Nenno (Moldova) müvafiq olaraq 2-3-cü pillənin sahibi olublar.

2005-2006-cı il təvəllüdlü qızların bu məsafəyə birnəfərlik kayak qayığı ilə mübarizəsində Evrim Bostançı (Türkiyə) bütün rəqiblərini qabaqlayıb. Andrea Botnariuk (Rumıniya) gümüş, Darina Həsənova (Azərbaycan ) isə bürünc medala yiyələniblər.

Eyni yaş qrupuna aid oğlanlar arasında Nika Odişelidze (Gürcüstan) finişə hamıdan tez çatıb. Ali Kemal Sarar (Türkiyə) birinci, Maarif Həsənov (Azərbaycan) isə ikinci yeri tutublar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində qızıl medal Lev Luninə (Moldova), gümüş medal Nihad Rəhimova (Azərbaycan), bürünc medal isə Can Halilə (Bolqarıstan) qismət olub.

2005-2008-ci il təvəllüdlü qızların birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yarışında Manana Petriaşvili (Gürcüstan) birinci olub. Ulyana İvanova (Qazaxıstan) gümüş, Gülnarə Həmzəyeva (Azərbaycan) isə bürünc medal əldə edib.

Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı yarışacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Mükafatlandırılma və bağlanış mərasimi isə Bakıda təşkil olunacaq.


oxunma sayı: 318 | Paylaş:




?>