')

Bu gün:


FutbolPress.Az | I Liqada bürünc mükafatçı məlum oldu

I Liqada bürünc mükafatçı məlum oldu


oxunma sayı: 120 Paylaş:

FutbolPressAzərbaycan çempionatında kişi voleybolçuların I Liqasında bürünc mükafatçı bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu gün "Murov" voleybol klubunun idman zalında təşkil olunan üçüncü yer uğrunda görüşdə  "Kapitalist" və "Hərbi İnstitut" komandaları üz-üzə gəliblər. Qarşılaşmaya daha yaxşı başlayan “Hərbi İnstitut" ilk seti 25:21 hesabıyla qalib başa vurub. Növbəti hissə daha gərgin keçib. "Kapitalist"in ciddi müqavimətinə baxmayaraq, bu set də "hərbçilər"in üstünlüyü ilə yekunlaşıb - 26:24. Sonrakı hissə isə matçda sonuncu olub. "Hərbi İnstitut" 25:18 hesabı ilə qalib gələrək quru hesablı qələbəsini rəsmiləşdirib və yarışın bürünc medallarına sahib çıxıb.

I Liqanın finalında “Express" və "Təhsil" komandaları yarışın qalibini müəyyən edəcəklər. Həmin oyunun keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

Voleybol, I Liqa
Bürünc medal uğrunda görüş


“Hərbi İnstitut” - “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)


oxunma sayı: 120 | Paylaş:




?>