')

Bu gün:


FutbolPress.Az | “Shuttle Time Azerbaijan” ən yaxşılar arasında - FOTO

“Shuttle Time Azerbaijan” ən yaxşılar arasında - FOTO


oxunma sayı: 302 Paylaş:

FutbolPressDünya Badminton Federasiyası tərəfindən “Shuttle Time Best Practice” adlı məlumat kitabçası hazırlanıb.

Futbolpress.az xəbər verir ki, kitabçada badmintonun təbliğatını məqsədilə icra olunan “Shuttle Time” proqramı çərçivəsində həyata keçirilən ən yaxşı layihələr haqqında məlumat verilib. Ən yaxşı təcrübələr sırasında Azərbaycan Badminton Federasiyası tərəfindən həyata keçirilən “Shuttle Time Azerbaijan” layihəsi də yer alıb. Sözügedən kitabça onlayn daxili kommunikasiya sistemi vasitəsilə Dünya Badminton Federasiyasının üzvü olan 140 ölkəyə göndərilib, eləcə də proqramın rəsmi səhifəsində yerləşdirilib.

“Shuttle Time Azerbaijan” layihəsi 2020-ci ildən həyata keçirilir. Layihə  Bakı, Sumqayıt, Qusar, Şamaxı, Sabirabad, Lənkəran, Qax, Gəncə, Tovuz və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərini əhatə edib. Layihədə 1000-dən çox məktəbli və 400-dən çox idman müəllimi iştirak edib. Layihə çərçivəsində məktəblilərə badminton ləvazimatları hədiyyə olunub.



oxunma sayı: 302 | Paylaş:




?>