')

Bu gün:


FutbolPress.Az | Yüksək Liqa: ilk finalçı məlum oldu

Yüksək Liqa: ilk finalçı məlum oldu


oxunma sayı: 239 Paylaş:

FutbolPressBu gün voleybol üzrə Yüksək Liqada yarımfinalın növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə 25:19 hesabı ilə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib (25:22). Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.

Yarımfinalın digər matçı UNEC-lə "Azərreyl" arasında baş tutub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.


oxunma sayı: 239 | Paylaş:




?>