')

Bu gün:


FutbolPress.Az | Bakıda yeni qaçış zolağının açılışı oldu - FOTOLAR

Bakıda yeni qaçış zolağının açılışı oldu - FOTOLAR


oxunma sayı: 443 Paylaş:

FutbolPressBu gün Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

Futbolpress.az xəbər verir ki, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, yüngül atletikayla məşğul olması üçün nəzərdə tutulan cığır iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2.40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( Ekologiya və Təbii Sərvətlər Nazirliyi ) və “Holcim” ASC-nin birgə dəstəyi ilə, əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib. 





oxunma sayı: 443 | Paylaş:




?>