')

Bu gün:


FutbolPress.Az | Arteta: "Gözəl qollar vurmaq üçün çox çalışırıq"

Arteta: "Gözəl qollar vurmaq üçün çox çalışırıq"


oxunma sayı: 342 Paylaş:

FutbolPress"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın XXVII turunda "Fulhem"i məğlub etdikləri oyundan (3:0) sonra fikirlərini bildirib.

Futbolpress.az "Sky Sports"a istinadən xəbər verir ki, ispan mütəxəssis qələbə ilə bağlı bunları deyib:

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Vacib üç xal idi. Düzdür, yararlana bilmədiyimiz imkanlar çox oldu, buna baxmayaraq inamlı qələbə əldə etdik. Leandro Trossard qol vurmaq üçün çalışsa da, alınmadı. Əvəzində üç məhsuldar ötürmə etdi. Gözəl qollar vurmaq üçün çox çalışırıq".

"Arsenal" çempionatda 66 xalla liderdir.


oxunma sayı: 342 | Paylaş:




?>