')

Bu gün:


FutbolPress.Az | "Sabah"ı hakim büdrәdir, yoxsa...

"Sabah"ı hakim büdrәdir, yoxsa...


oxunma sayı: 1458 Paylaş:

FutbolPress

"Sabah" bu mövsüm çox tәrif qazandı.  Ancaq mövsümün ekvatorunadәk sabit yüksәliş saldosu cızan "futuristlәr" ilayrıcı әrәfәdә özünü "itirdi". Ölkә kubokunda gözlәnilmәdәn әlәnmәk, APL-dә xal itkisi...

Mövsümün ikinci hissәsinә yaxsı başladılar, hәtta komandadaxili/klubdaxili ab-hava pozulmaları barәdә hipotezlәri inkar edәnlәr oldu.

Vә ardıcıl iki turda -  "Turan Tovuz"a (0:2), "Şamaxı"ya mәğlubiyyәt  (1:2) göstәrdi ki, "Sabah"dakı natarazlıq vә narahatlıq hәllini tapmayıb.

***

Baş altına yastıq düzmәk fikrindәn uzaq olmağın daha lazımlı/faydalı ola bilәcәyini göstәrәn bariz vәziyyәtdir bu.

"Sabah"ın hakimlik sarıdan әziyyәt çәkdiyini qabardıb klub rәhbәrliyinin tәşvişinә bәlkә mәlhәm ola bilәrik, ancaq bu yolla komandanı potensialı yetәcәk müsbәt saldoya daşımaq mümkün olmayacaq. Bәllidir, Azәrbaycan çempionatında yanlış hakim qәrarları hәmişә narazılıqları әrşә çәkib. Ancaq mәhz "Sabah"ın ortabab traektoriya cızan Tovuz tәmsilçisinә vә özündәn zәif "Şamaxı"ya mәğlub olması hәr amildәn çox öz günahıdır.

***

Qış fasilәsinәdәk ab-havanın çalxalanmasında klub idarәçiliyinin tәqsiri qabardılırdısa, faktiki zәif çıxış başqa nәsnәlәrdәn xәbәr verir.

Komanda dekabrda büdrәyәn kimi Murad Musayevin dayağına çevrilәn idman mediası, klub camiәsi, hәtta ölkә futbol ictimaiyyәti fәallıq göstәrdi. Ancaq Musayev etmәmәli olduğunu etmәyә davam etdi.

Әn әvvәl o, çempionluq iddiası barәdә suallara getdikcә daha ironik cavablarıyla komandadaxili iqlimә mәnfi tәsir göstәrdiyini bilmәlidir. Xoş tәsir bağışlayan futbol tәrzi, inam verәn heyәt, tam dәstәklәnәn transfer siyasәti fonunda ictimaiyyәtin bu komandadan çempionluq  gözlәmәyi labüdә çevrildi. Belәdә hәr imkandaca, "Çempion olmağımız barәdә niyә bu qәdәr sual verilir" kimi reaksiya vermәk, hәtta - "Yoruldum çempionluq haqda sualları eşitmәkdәn" demәk Musayevin gizli gәrginliyindәn xәbәr verirdi.

İş o hәddә gәlib çatdı ki, klub әtrafındakı informasiya burulğanında belә bir nonses qabardı: "Klub rәhbәrliyi Murad Musayevdәn çempionluq tәlәb edib".

İlk baxışda normal, gözlәnilәn bir mәsәlәdir. Ancaq bu, elә tәqdim olundu ki, sanki rәhbәrliyin çempionluq tәlәbi sәhvdir, ümumiyyәtlә, Musayev dәymәdüşәr olub, onun xәtrinә dәymәk olmaz...

Cәmi 1-2 ay әvvәl Murada mane ola bilәcәk heç bir rәftara yol verilmәmәyi barәdә SOS yayılarkәn qınanan tәrәf klub idarәçiliyi olmuşdu. Hәr xırda detalda belә baş mәşqçinin dәstәklәndiyi, vәziyyәtin gәrgin olması barәdә mәlumatların әsassız olduğu barәdә inamlı reaksiyalar verilirdi vә bunları normal hesab etmәliyik.

Ancaq cari arzulanmaz vәziyyәt - pis oyun vә pis nәticәlәrin epidemiya halını almaması üçün Musayevin dә mәsuliyyəti qabardılmalıdır. Gәrginliyi dәf edә bilmәsә, bu gedişat daha pis mәcra ala bilәr.

Әlqәrәz, "Sabah"da vәziyyәtin nataraz olmasına sәbәb әvvәl klub idarәçiliyi idisә, indi mәhz Musayevdir. O, özünün uğradığı gәrginliyi komandadan uzaq tuta bilmәdi. Son iki oyunda qәtiyyәn özünә bәnzәmәyәn "futuristlәr" öz gәlәcәyini sağlam tәmәl üzәrindә inşa etmәkçün bir masa arxasına keçmәyi bacarmalıdır. İmkanları klub vә komanda vәhdәti әsasında sәrf etmәk yolu tutulsa, bura qәdәrki hakim sәhvlәriylә bu komandanı büdrәtmәk mümkün olmaz.

Elçin Cəlilov 

P.S. "Sabah"ın masada vә meydanda lideri müәyyәnlәşmәlidir.


oxunma sayı: 1458 | Paylaş:




?>