')

Bu gün:


FutbolPress.Az | Azərbaycan idmançısı dünya kubokunun pley-offunda uduzdu

Azərbaycan idmançısı dünya kubokunun pley-offunda uduzdu


oxunma sayı: 181 Paylaş:

FutbolPressTürkiyənin İstanbul şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında dünya kubokunda mərhələ yarışına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, təmsilçilərimizdən qız şpaqaçıların şəxsi yarışında yalnız Nazilə Rəhimova pley-offa yüksəlməyi bacarıb.

Qrupda 3 qələbəsi olan Nazilə pley-offda fransalı Elea Jouveyə 10:15 hesabı ilə uduzub. Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini adlaya bilməyib.

Qızların komanda yarışında ilk görüşdə Honkonqa 45:20 hesabı ilə qalib gələn şpaqaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Polşa yığmasına 18:45 hesabı ilə məğlub olub.


oxunma sayı: 181 | Paylaş:




?>