')

Bu gün:


FutbolPress.Az | Azərbaycan karateçiləri Kiprdə 6 medal qazandı

Azərbaycan karateçiləri Kiprdə 6 medal qazandı


oxunma sayı: 211 Paylaş:

FutbolPressAzərbaycan karateçiləri Kiprin Larnaka şəhərində Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb.

Futbolpress.az xəbər verir ki, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.

Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışşında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.



oxunma sayı: 211 | Paylaş:




?>