')

Bu gün:


FutbolPress.Az | Dünya çempionatının ən yaxşı hakimi kimdir?

Dünya çempionatının ən yaxşı hakimi kimdir?


oxunma sayı: 421 Paylaş:

FutbolPressBu il Qətərdə təşkil olunan dünya çempionatının ən yaxşı hakimi məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, italiyalı referi Daniele Orsatodur. Bu barədə "Sport Mediaset" nəşri məlumat yayıb. Orsato "Culio Kampanatinin Dostları" mükafatını qazanıb.

Jurnalistlər və keçmiş hakimlərdən ibarət münsiflər heyəti Orsatonun dünya çempionatında qüsursuz idarəçilik etdiyinin qənaətinə gəlib.

Referi mundialda Qətər və Ekvador milliləri arasında baş tutan açılış oyununu (0:2), qrup mərhələsində Argentina - Meksika (2:0), həmçinin, yarımfinalda Argentina - Xorvatiya  (3:0) görüşlərini idarə edib.

Kamil Əhməd, Futbolpress.az 


oxunma sayı: 421 | Paylaş:




?>