')

Bu gün:


FutbolPress.Az | DÇ-2022: Mbappe final matçının fasiləsində futbolçulara nələr deyib?

DÇ-2022: Mbappe final matçının fasiləsində futbolçulara nələr deyib?


oxunma sayı: 455 Paylaş:

FutbolPressQətərdə təşkil olunan dünya çempionatının finalında Argentinaya uduzan Fransa millisində hücumçu Kilian Mbappenin həlledici oyunun fasiləsində komanda yoldaşlarına müraciəti yayımlanıb.

Futbolpress.az xəbər verir ki, “RMC Sport” nəşri  forvardın sözlərini təqdim edib. İlk hissədə 0:2 hesabıyla geridə olan Fransa yığmasında 24 yaşlı Mbappe paltardəyişmə otağında komanda yoldaşlarına bunları deyib:

“Bu, dünya çempionatıdır və bir ömür bizimlə qalacaq. Belə oynasaq, qazana bilmərik. İndi meydana qayıdırıq. Ya, axmaq kimi oynamaqlarına icazə verəcəyik, ya da mübarizə aparacağıq. Uşaqlar, geridəyik! Qayıda bilərik. 4 ildir bu anı gözləyirdik, sona qədər döyüşək!”

Fransa yığması Argentinaya penaltilər seriyasında uduzub.


oxunma sayı: 455 | Paylaş:




?>