')

Bu gün:


FutbolPress.Az | "Qətərdə özümüzü göstərə bilmədik”

"Qətərdə özümüzü göstərə bilmədik”


oxunma sayı: 680 Paylaş:

FutbolPressBelçika millisinin futbolçusu Kevin de Bruyne yığmanın Qətərdə təşkil olunan dünya çempionatındakı çıxışını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi məyusedici turnir keçirdiklərini deyib:

“Yaxşı oynamadıq. Məyusedici yarış oldu. Bundan əvvəlki turnirlərdə uğurlu çıxış etsək də, Qətərdə özümüzü göstərə bilmədik”.

Belçika yığması F qrupunda Mərakeş, Xorvatiya və Kanada ilə mübarizə aparıb. “Qırmızı şeytanlar” 4 xalla 3-cü pillədə yer alıb və qrupdan çıxa bilməyib.

Dünya çempionatını Argentina millisi qazanıb.

Kamil Əhməd, Futbolpress.az



oxunma sayı: 680 | Paylaş:




?>