')

Bu gün:


FutbolPress.Az | Tərlan Əhmədova qadağa

Tərlan Əhmədova qadağa


oxunma sayı: 1332 Paylaş:

FutbolPress"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında media üzərindən umu-küsü açıqlamalarından xəbərdarsınız.

Kluba yeni təyin olunmuş Kamran Quliyevin prezident kimi ilk işi bu mövzuda danışmaq olmuşdu.

Bu məsələdə onun maraqlı davrandığını, alqışalayiq addım atdığını qeyd etmişdik.

Ancaq əlbəttə ki, Quliyevin suyu üfürə-üfürə içdiyini, politik dəqiq davranmağa çalışdığını da bilirik. Belədə, həmin iddialı açıqlamanın özbaşına verilmədiyini düşünməyə əsas var. Təbii ki, istiqamətin hardan gəldiyini deməyə də tələsməyək.

Yeni məlumata görə isə rəhbərlik Tərlan Əhmədova Ramin Musayevlə görüşməyi qadağan edib. Hətta bildirilir ki, məsələ SOCAR-dan tənzimlənib.

Əhmədovun Musayevlə haçan və hansı mövzuda görüşməli olduğundan dəqiq xəbərimiz yoxdur, ancaq böyük ehtimalla bu, aradakı anlaşmazlığın, küskünlüyün araşdırılması üçün idi.

Məlumatlı mənbə bildirir ki, Əhmədovla Ramin Musayevin bu və ya digər halda görüşməsini "Neftçi" rəhbərliyində heç kim istəmir və baş məşqçiyə qəti göstəriş verilib.

Hadisələrin, klubdaxili proseslərin necə cərəyan edəcəyi belədə daha maraqla gözlənir.

İstənilən halda, "Neftçi"də rəhbər dəyişikliyi klub ətrafındakı hasarları daha da möhkəmləndirəcəyi ehtimalını yaradır. Lakin dünən və bu gün çox əhəmiyyətli məlumatlar, gizli qalası informasiyalar sızdırılır.

"FutbolPress"


oxunma sayı: 1332 | Paylaş:




?>