')

Bu gün:


FutbolPress.Az | “Sumqayıt”a prezident təyinatı niyə yubanır? (KİÇİK QEYD)

“Sumqayıt”a prezident təyinatı niyə yubanır? (KİÇİK QEYD)


oxunma sayı: 864 Paylaş:

FutbolPress“Sumqayıt” və “Neftçi” ətrafında son günlər baş verənlərdən xəbərdarsız. Qısa xatırlatma edək ki, ötən həftənin cümə günü təxminən bir saatın içində hər iki klubun prezidenti istefa verdi. Ardınca bunadək “Sumqayıt”a rəhbərlik edən Kamran Quliyev “Neftçi”nin başına keçdi.

“Kimyaçılar”ın prezident postu isə hələ də boşdu. Klubun 7 nəfərlik Müşahidə Şurası toplaşıb qərar verməlidi, ancaq indiyə qədər məsələ ilə bağlı hər hansı yenilik yoxdu. Bu barədə “Sumqayıt”dan kimə soruşulursa, heç nə bilmir. Qəribə klub deyilmi?

Hətta bu posta təyin ediləcəyi deyilən Zaur Hacıməhərrəmov “Neftçi” ilə matçdan sonra verdiyi açıqlamada  bildirdi ki, mənim heç nədən xəbərim yoxdu və yazılanlar həqiqətə uyğun deyil.

Bəs klubun rəhbəri  postuna kim seçiləcək/təyin  ediləcək? “Neftçi” belə sürətlə, hətta düşünülmüş ssenarinin hissəsiymiş kimi ani qərar verib prezident dəyişirsə, “Sumqayıt”da niyə yubanır?

Bizdə olan məlumata görə, bununçün  qızğın müzakirələr gedir. AFFA-nın baş katibi Elxan Məmmədov hələ federasiyanın subklubuna kimi göndərməklə bağlı qəti qərara gəlməyib. Bu dəfə ehtiyatlı tərpənməyə səbəb də var. Çünki daha əvvəl Elnur Məmmədov kimi – “Neftçi”yə təyin olunub, sonradan baş katibə xəyanət eləyən ad olub. Başından yuxarı hoppanıb, nəticədə futbol industriyasından rədd ediləcək həddə çatan biri.

Ona görə də baş katibin inana biləcəyi, güvənəcəyi ad üstündə dərin düşüncəyə qərq olması normaldı.

Kamran Quliyevin isə fərqi ondadı ki, o, illərin sınağından keçmiş ad olduğu üçün “Neftçi”yə sürətli təyinatında problem olmadı.

“FutbolPress”


oxunma sayı: 864 | Paylaş:




?>