')

Bu gün:


FutbolPress.Az | Rövlan Çexiyada debüt etdi, Fərid qol vurdu

Rövlan Çexiyada debüt etdi, Fərid qol vurdu


oxunma sayı: 263 Paylaş:

FutbolPressÇexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 18-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət komandası doğma meydanda “Dukla” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 4:8.

Fəridlə Rövlan da görüşün iştirakçısı olub. Yenicə Praqa klubuna transfer edilən Muradov debüt etdiyi bu matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. U-19 millimizin kapitanı olan Fərid isə 56-cı dəqiqədə meydana çıxıb. Bundan cəmi 2 dəqiqə sonra isə qol da vurub.

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.


oxunma sayı: 263 | Paylaş:





?>