')

Bu gün:


FutbolPress.Az | Azərbaycan çempionatlarının ilk uqandalısı

Azərbaycan çempionatlarının ilk uqandalısı


oxunma sayı: 130 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XVI turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub. “Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb.

“Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədir. Ötən tur bu siyahıya daha iki ölkə Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.

Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidir.


oxunma sayı: 130 | Paylaş:




?>