')

Bu gün:


FutbolPress.Az | Riçard Almeyda: "Ndlovunun da qaçırdığı epizodlar olurdu"

Riçard Almeyda: "Ndlovunun da qaçırdığı epizodlar olurdu"


oxunma sayı: 511 Paylaş:

FutbolPress“Qarabağ”ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının XVI turunda səfərdə “Səbail”ə minimal hesabla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Bilirdik ki çətin olacaq. Əsas odu, 3 xalı qazandıq. Ümumiyyətlə asan oyun, rəqib yoxdur. Növbəti rəqibimiz "Kəpəz"dir. Hər zamanki kimi hazırlaşacağıq.

- Sanki "Qarabağ" hər zaman "Səbail"ə qarşı yaxşı oynamır...
- Bütün komandaların fərqli oyun üslubu var. Düşünürəm ki, "Qəbələ" ilə oyunda yaxşı çıxış etdik. Lakin onda qələbə qazanmamışdıq, bu gün isə qalib gəldi. 

- Dino Ndlovunun gedişindən sonra komanda qol qol vurmaqda çətinlik çəkmir?
- Dino yaxşı oyunçu idi. Lakin onun da qaçırdığı epizodlar olurdu. Böyük futbolçular qol vəziyətlərini qaçıra bilər.

- "Qəbələ" ilə oyunda daha çox əziyyət çəkdiz, yoxsa bu gün?
- Hər dəfə istədiyimizi ortaya qoymağa çalışırıq.

-Birinci hissədə oyunu ələ ala bilmirdiniz. Bu, nə ilə bağlı idi?
- Onlar təkbətək oyun qurmuşdular. Birinci hissə çətin olsa da, sonradan istədiyimizi əldə etdik.

- Ramil Şeydayev böyük ümidlərlə gəlmişdi, amma meydana çıxmır. Sizcə, "Qarabağ"da 15 dəqiqə oynamağa belə layiq deyil?
- Ramil gələndən bəri məşqlərdə belə çox çalışıb. Lakin son qərarı məşqçi verir. 


oxunma sayı: 511 | Paylaş:




?>