')

Bu gün:


FutbolPress.Az | Qəbələdə Ayxan Abbasovu vurdular

Qəbələdə Ayxan Abbasovu vurdular


oxunma sayı: 464 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının 16-cı turunda "Qəbələ" doğma meydanında "Zirə"yə 2:1 hesabıyla qalib gəlib. Matç başa çatdıqdan sonra xoşagəlməz hadisə yaşanıb. Rauf Cabbarovun final fitinin ardınca "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov, Ruslan Qurbanov və Ürfan Abbasovun rəqibin heyətində çıxış edən Sadio Tounkarayla Riçard Qadze arasında münaqişə yaşanıb.

Qalmaqal meydandan kənarda da davam edib. Paltardəyişmə otağının qarşısında dayanan "Qəbələ"nin mühafizəçilərindən biri Ayxan Abbasovu kəllə ilə vurub. Mətbuat konfransı başa çatdıqdan sonra isə Ayxan Abbasovu "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov iş otağına dəvət edib. Tərəflər arasında 40 dəqiqəlik görüş baş tutub.

Oyundan sonra "Zirə"nin futbolçularına media mənsublarına açıqlama verilməsinə də qadağa qoyulub. (Newsport.az)


oxunma sayı: 464 | Paylaş:




?>