')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in stadion problemi: məsuliyyət kimdədi? (KİÇİK QEYD)

"Kəpəz"in stadion problemi: məsuliyyət kimdədi? (KİÇİK QEYD)


oxunma sayı: 1052 Paylaş:

FutbolPress“Kəpəz” yenə Gəncədən didərgin düşmək üzrədi. TPL-də mövsümün birinci yarısını yerdəyişmələrlə “yola verən” komanda yenidən bu üsula əl atmaq fikrinə düşüb.

Gəncə klubu artıq “Keşlə” ilə fevralın 18-də keçiriləcək matçın stadionunun dəyişdirilməsi ilə bağlı PFL-ə şifahi müraciət edib. “Kəpəz” III dövrə oyununu səfərdə keçirmək, mövsümün son hissəsində isə rəqibini doğma meydanda qəbul etmək niyyətindədi. Məlumata görə, buna səbəb kimi fevralın 18-də Gəncədə hansısa tədbirin olması göstərilib. Qurumun müraciətə necə cavab verəcəyi hələlik bəlli deyil.

“Kəpəz”in Gəncədə oynamaq istəməməsinin həqiqi səbəbi isə başqadı. Belə ki, bir neçə ay əvvəl təmir edilən Gəncə şəhər stadionunun ot örtüyü yenidən yararsız hala düşüb. O qədər də sərt keçməyən qış belə qazonun bərbad vəziyyətə gəlməsinə kifayət edib. Bu üzdən də məsuliyyətli şəxslər daha bir oyunla otun bir qədər də biabırçı hala gəlməsini istəmir, həm də müəyyən vaxt qazanaraq problemi nisbətən aradan qaldırmağın yollarını axtarmağı planlaşdırır. Digər tərəfdən qısa müddət ərzində qazonun pis vəziyyətə düşməsinin ictimailəşməsi sərf etmir.

Keçən mövsüm bitdikdən sonra AFFA tərəfindən Gəncə şəhər stadionunu üçün, deyilənə görə, 650 min manat ayrılmışdı. Bu vəsait yalnız ot örtüyünün əsaslı təmiri üçün nəzərdə tutulmuşdu. Nə tribunalar yenilənib, nə də yeni oturacaqlar quraşdırılıb. İşlər yekunlaşdıqdan sonra bəh-bəhlə ən müasir tələblərə uyğun yeni ot örtüyünün döşəndiyi ilə bağlı fikirlər səsləndirilirsə də, indi məlum olur ki, 650 min manatla yenilənən örtük heç yarım il keçməmiş pis günə düşüb.

Görəsən bunun məsuliyyəti kimdədi?

"FutbolPress"


oxunma sayı: 1052 | Paylaş:




?>