')

Bu gün:


FutbolPress.Az | Tərlanın qəlyanı və... (QEYD)

Tərlanın qəlyanı və... (QEYD)


oxunma sayı: 1102 Paylaş:

FutbolPressSon zamanlar "Neftçi" ətrafında ən çox Tərlan Əhmədovdan, Əhmədov ətrafında da ən çox qəlyandan yazılır. Məsələn, qış toplanışında olan "ağ-qaralar"ın hazırlığını qəlyana bənzədə bilərik. Qəribədir, deyilmi?

1. "Neftçi"də problem varsa, burda ən axırıncı baiskar Əhmədovdur. Baş məşqçinin komanda üçün götürə biləcəyi nəticələri əldə edirmi - edir. Bəs bu nə hay-küydür onun adı ətrafında? Sualı sizə yox, klub rəhbərliyinə ünvanlayırıq. Və belədə Əhmədovun boşluq buraxdığı nahiyə qabarır - politikası zəifdir. Ətrafında baş verən və verməyən hadisələr mediaya sızdırılır. Bu, necə ola bilər? Niyə olmalıdır? Əhmədov heç klubdaxili "istintaq" qurub, bu haqda düşünüb?

2. Ramin Musayev və Tərlan Əhmədov adları həddən artıq yanaşı çəkildi. Bu, normaldırmı? Yox. Bəs reallığa yaxındırmı? O qədər də yox. Həm Əhmədov, həm Musayev bu mövzularda hardasa 50% "təkərdədilər". Əslində, Musayev Əhmədov haqda oxuduqlarını və eşitdiklərini dəqiqləşdirmədən iki-üç dəfə prosesə münasibət bildirib, "özünü yandırıb". İndi dildə-dişdə dolaşan əsas məsələ məhz onun verdiyi açıqlamalardan sonra yaranan həqiqətə yaxın olmayan söz-söhbətlərdir. İstənilən halda qəribədir, "Neftçi"nin baş məşqçisi postuna Musayevin dəstəyilə gedən Əhmədov dayanmadan pislənir, qəlyan çəkməsi hay-küylə təqdim olunur, ancaq məsələn, elə həmin Musayevin "Qarabağ"a təyinatında ciddi rol oynadığı Qurban Qurbanov haqda nə həmin vaxt, nə indi o qədər interşum olmamışdı/olmur. Yenə gəlirik politikaya. Əhmədov tam natural emosiyalara köklənən bir tipdir. O, hesab edir ki, insan siyasətlə yox, necə hiss edir, nə cür görürsə, elə də reaksiya verməlidir. Məsələn, ona filan futbolçunu almağı təklif edən biri, "almasan, mətbuatda biabır olacaqsan" deyirsə, Əhmədov belədə qorxub geri çəkilən məşqçilərdən deyil, həmin subyektlə mübarizəyə başlayır. Nəticədə özünü hədəfə gətirmiş olur. Əslində isə məsələlərin həlli belə olmamalıdır. Həm də bilir ki, hazırda klubda onu istəyən qüvvə yoxdur. Bu predmetlərdən xəbərdar insan dərhal öz siyasi kursunu müəyyənləşdirməlidir. Əks halda siyasət güclü və ya zəif olsa, fərq etmir, "yeyəcək səni".

3. Antalya toplanışında olan Azərbaycan klubları arasında ən pis nəticələrə "Neftçi" uğradı. Ancaq TPL-də bu tur yeganə qələbəni də məhz bu komanda qazandı. Özü də Əhmədovun əvəzetmədən müdaxiləsi nəticəsində vurulan qolla. Bu, bir məşqçi üçün ən yaxşı qiymətdir, ancaq ətrafında PR qurulmayıb deyə, situasiya Əhmədovun üzərinə minnətlə yüklənir. Hər detal necə də aydın şəkildə görünür, di gəl, Əhmədov belə hallarda təhlilə meyl etmir, yenə natural münasibətlər prinsipinə söykənir. Bu da işin və onun ziyanına davam etməkdə...

Elçin Cəlilov


oxunma sayı: 1102 | Paylaş:




?>