')

Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: Azərbaycanla Cəbəllütariq fərqli qruplarda

Millətlər Liqası: Azərbaycanla Cəbəllütariq fərqli qruplarda


oxunma sayı: 526 Paylaş:

FutbolPressSabah UEFA Mill\ətlər Liqasının püşkatma mərasimi keçiriləcək. İsveçrənin Lozanna şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

Püşkatmadan öncə bir sıra məhdudiyyətlər müəyyənləşdirilib. Artıq məlum olduğu kimi münaqişələri olan ölkələr - Azərbaycan və Ermənistan, Rusiya ilə Ukrayna eyni qrupa düşməyəcək.

Bundan başqa, UEFA yığmaların uzaq məsafə qət etmələrini də məhdudlaşdırıb. Buna səbəb xərclərin yerli federasiyalar tərəfindən qarşılanması və qitənin ali futbol qurumunun onları çox yükləmək istəməməsidi.

Azərbaycanın yer aldığı yer aldığı D qrupunda 4 cüt uzaq məsafəli sayılıb. Bunlar Azərbaycan - Cəbəllütariq, Qazaxıstan - Cəbəllütariq, Qazaxıstan - Andorra və Qazaxıstan - Farer adalarıdı. Hər hansı qrupda bu cütlərdən ən çox biri yer alacaq. Əgər Qazaxıstan uzaq məsafəlilərdən biri ilə düşməli olsa, ki, bu ehtimal daha yüksəkdi, o zaman Azərbaycan və Cəbəllütariq eyni qrupda yer almayacaq. Əks ehtimal isə xeyli aşağı sayılır.

Beləliklə, 4-cü səbətdən yığmamıza rəqib Kosovo, Andorra və ya San-Marino olacaq.


oxunma sayı: 526 | Paylaş:




?>