')

Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: Azərbaycan üçün ən yaxşı qrup

Millətlər Liqası: Azərbaycan üçün ən yaxşı qrup


oxunma sayı: 924 Paylaş:

FutbolPressSabah UEFA Millətlər Liqasının püşkü atılacaq. D Liqasında yarışacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.
 
Avropanın ən zəif 16 komandasından biri olan yığmamız yer aldığı Divizionun ən güclüsü sayılır. Bu da DÇ-2014, AÇ-2016 və DÇ-2018-in seçmə mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilib. Ümumilikdə D Liqasında səbətlərin tərkibi belədi:
 
I səbət
Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus
II səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
III səbət
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
IV səbət
Kosovo, Andorra, San Marino və Cəbəllütariq
 
Bəs Azərbaycan üçün ən yaxşı qrup necə qurula bilər? Yığmamız I səbətdə yer aldığı üçün daha güclülər sayılan Gürcüstan, Makedoniya və Belarusla eyni qrupda olmayacağı da bəlli məsələdi.
 
Onu da qeyd edək ki, UEFA-nın qaydalarına uyğun olaraq, Azərbaycan və Ermənistan fərqli qryuplara düşməlidi. Belədə ikinci səbətdən Farer Adaları, Lüksemburq və Latviyadan biri yığmamıza rəqib olacaq. FIFA reytinqini əsas götürsək, onlardan yalnız Latviya (131) Azərbaycandan (117) geridədi. Elə məhz bu ölkənin yığması ilə üzləşmək də daha yaxşı variant olardı. Çünki son zamanlar Farer Adaları və Lüksemburqda irəliləyiş göz önündədi. Onların DÇ-2018-in seçə mərhələsindəki çıxışı da bu fikri təsdiq edir. Bu yığmalar FIFA reytinqində də Azərbaycandan öndə qərarlaşıblar – hər ikisi ilk “100-lük”dədi.
 
III səbət millilərinin isə hamısı FIFA reytinqinə görə Azərbaycandan geridə qərarlaşıb. Bu baxımdan onları arzuolunmaz saymamaq olar. Ancaq Qazaxıstan və Moldova təhlükəli rəqiblərə çevrilə də bilərlər. Ümumiyyətlə 3-cü səbət komandaları arasında məhz bu ikisinin sürpriz etmək ehtimalları yüksək qiymətləndirilir. Bu baxımdan yığmamızın ikinci rəqibi kimi Lixtenşteyn və Malta daha münasib sayılır. Birincilərlə uğursuz təcrübəni də nəzərə alsaq, ən idealı Maltadı.
 
Sonuncu səbət isə ən zəiflərin qərarlaşdığıdı və bu komandaların hər birinə 3 xal kimi də yanaşmaq olar. Yalnız Kosovo digərləriylə müqayisədə bir qədər çətin görünür. Seçim etsək, bu səbətdən San-Marino ən uyğun rəqibdi. Çünki son seçmə mərhələdə də Azərbaycan millisi bu komandanı hər iki qarşılaşmada məğlub etməyi bacarmışdı. Bu səbətdən Cəbəllütariq də çox cəlbedici görünür, ancaq UEFA-nın məhdudiyyət qaydalarına əsasən bu yığma ilə eyni qrupa düşməyimiz çox aşağı ehtimaldı. 
 
Beləliklə, bizim üçün sabahkı püşkatmadan sonra yarana biləcək ən ideal qrup belə olar: Azərbaycan, Latviya, Malta, San-Marino
 
Komandaların gücü nəzərə alındıqda Farer Adaları, Moldova və Kosovo ilə eyni qrupa düşmək isə arzuolunmaz sayılacaq.


oxunma sayı: 924 | Paylaş:





?>