"Xəzər"in futbolçuları Antalya toplanışından danışdılar
Paylaş:
Azərbaycan çempionatının I Divizionunun klubu "Xəzər" Antalyada təlim-məşq toplantısını davam etdirir. Paytaxt klubu yağışlı havada məşq edib və bu, komandanın planlarına mane olmayıb.
"Xəzər"in yeni transferləri - Novruz Məmmədov və Tanrıverdi Məhərrəmli komandanın Antalya toplanışı barədə açıqlama veriblər:
Novruz Məmmədov: "Şənbə günü Almaniyanın III Bundesliqasında çıxış edən "Vakker Nordhauzen" klubu ilə matçda (0:3) çatışmayan və müsbət cəhətlərimi gördük. Yaxşı komandaya qarşı mübarizə apardıq. Bu oyun bizə üstünlük verəcək ki, daha yaxşı hazırlaşaq. Ümid edirik ki, Bakıya yaxşı formada qayıdacağıq".
Tanrıverdi Məhərrəmli: "Bakıda 2, Antalyada 1 yoxlama görüşü keçirdik. Yüklənmə mərhələsindəyik. "Vakker Nordhauzen"lə matçdakı məğlubiyyətdən dərs çıxaracağıq. Bakıya daha yaxşı qayıdacağıq və istədiyimiz oyunu sərgiləyəcəyik. Möhkəm, mehriban kollektiv yaratmaq istəyirik. Bunu bacardıqdan sonra uğurlarımız da olacaq".
| Paylaş: