"Neftçi" ilk oyununda darmadağın oldu
Paylaş:
Türkiyənin "Antalya" şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.
Paytaxt klubu Rusiya Premyer Liqasında mübarizə aparan "SKA-Xabarovsk"la üz-üzə gəlib.
Qarşılaşma rusların böyük hesablı qələbəsiylə başa çatıb. "Neftçi" ilk oyununda 1:8 hesablı darmadağına üzülüb.
Yoxlama oyunu
17:00. "Neftçi" (Azərbaycan) - "SKA-Xabarovsk” (Rusiya) 1:8
"Neftçi": Rəşad Əzizli, Ruslan Abışov (k), Kirilo Petrov, İlkin Qırtımov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Emin Mahmudov, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov
Ehtiyat oyunçular: Aqil Məmmədov, Elçin Əsədov, Fərid Abbaslı, İqnasio Errera, Roxdi Axente, İqor Sikorski.
| Paylaş: