')

Bu gün:


FutbolPress.Az | Fərid Nəbiyevdən növbəti qol

Fərid Nəbiyevdən növbəti qol


oxunma sayı: 568 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası çempionatda yaranan fasilə çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Doğma şəhərdə təlim-məşq toplanışında olan komanda "Stexoviçe" ilə qarşılaşıb. Matç "Slvaiya"nın böyükhesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqib üzərində 5:2 hesablı qələbəyə seviniblər.

Nəbiyev də adını qol vuranlar sırasına yazdırıb. "Slaviya"nın üçüncü qoluna həmyerlimiz imza atıb.

"Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da matçın iştirakçısı olublar. Hər iki futbolçu 90 dəqiqə oynayıb. Rövlan qol otürməsi ilə yadda qalıb.

Qeyd edək ki, hər 3 futbolçu "Qəbələ" Futbol Akademiyasının yetirməsidi.


oxunma sayı: 568 | Paylaş:




?>