')

Bu gün:


FutbolPress.Az | "Şah"dan ardıcıl dördüncü qələbə

"Şah"dan ardıcıl dördüncü qələbə


oxunma sayı: 211 Paylaş:

FutbolPressHollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində altıncı tura yekun vurulub.

Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 7-ci turu da qələbə ilə başa vurub. Çinli Vei Yi-ni məğlub edən "Şah" bununla xallarını 5.5-ə çatdırıb və 1-ci pillədə möhkəmlənib.

Ardıcıl dördüncü qələbədən sonra Məmmədyarov Dünya sıralamasında 2-ci pillədəki mövqeyini də möhkəmləndirib.

Yanvarın 21-i keçiriləcək 8-ci turda Şəhriyar Qiri Aniş ilə qarşılaşacaq.


oxunma sayı: 211 | Paylaş:




?>