')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" Antalyada məşqlərə başladı

"Kəpəz" Antalyada məşqlərə başladı


oxunma sayı: 102 Paylaş:

FutbolPressÇempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” qonşu ölkədə məşqlərə start verib.

Komanda gündə iki dəfə hazırlıq keçir.  Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar. 

"Kəpəz"  yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq.

Təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq. 


oxunma sayı: 102 | Paylaş:





?>