')

Bu gün:


FutbolPress.Az | Raku milli üzvlərini tanıyır: "Yaxşı komandadı"

Raku milli üzvlərini tanıyır: "Yaxşı komandadı"


oxunma sayı: 385 Paylaş:

FutbolPressMoldova millisinin futbolçusu Petru Raku Azərbaycan və Cənubi Koreya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə danışıb.

"Şerif"in futbolçusu əvvəlcə yeni baş məşqçi Aleksandr Spiridon və hazırlıq mərhələsi haqda da fikirlərini bildirib:

"Əhval-ruhiyyəmiz yaxşıdı. Bütün futbolçular özlərini göstərmək və millidə dəyişikliklər etmək istəyirlər. Baş məşqçimizin təcrübəsi göz qabağındadı. Onun təyinatına bütün futbolçular müsbət yanaşdı. Hamı yığmaya layiq olduğunu göstərməyə hazırdı. Yeni baş məşqçinin gəlişi bütün futbolçuların yoldaşlıq görüşlərində özlərini göstərmək üçün şansının yarandığı deməkdi. Hazırlıqlarımız yaxşı keçir. İstirahətdən yeni qayıtmışıq. Məşqlər ağır olsa da, daha yaxşı hazırlaşmağımız üçündü".

31 yaşlı müdafiəçi Cənubi Koreya və Azərbaycan milliləri ilə görüşlərdən gözləntilərini açıqlayb:

"Cənubi Koreya güclü və dünya çempionatına hazırlaşan komandadı. Onların Türkiyəyə hansı heyətlə gələcəyini bilmirəm. Azərbaycan millisinin bəzi futbolçularını tanıyıram. Çünki "Şerif"in heyətində Çempionlar Liqasında "Qarabağ"a qaşı oynamışam. Yaxşı komandadırlar. Antalyaya öz məqsədlərimiz üçün gedirik. Ümid edirik ki, yaxşı nəticələr qazanacağıq".


oxunma sayı: 385 | Paylaş:




?>