"Həmişə ürəyimdə olacaqsız" - Ndlovudan təşəkkür
Paylaş:
Çinin "Xançjou Qrintaun" klubu ilə müqavilə bağlayan "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Ağdam klubuna və Azərbaycan xalqına təşəkkür edib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları yazıb:
"Mən "Qarabağ"a yaratdığı şansa və mənə göstərdiyi sevgiyə görə təşəkkür etmək istəyirəm. Rahatlığa və hörmətə görə isə Azərbaycan xalqına. Həmişə mənim ürəyimdə olacaqsız. Ancaq bu, tanrının planıdı. Mən qərarı tək verməmişəm... Bu, yeni mərhələdi və mən bütün diqqətimi, enerjimi "Xançjou Qrintaun"a vermək istəyirəm. Getmək vaxtıdı, ancaq hardan gəldiyini unutmadan..."
Dino 2016-cı ilin yayından "Qarabağ"da çıxış edirdi.
| Paylaş: