"Azərbaycan millisi ilə eyni səviyyədəyik"
Paylaş:
Moldova millisinin futbolçusu Aleksandr Dedov Cənubi Koreye və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə danışıb.
O, millimizlə bərabər səviyyədə olduqlarını söyləyib:
"Cənubi Koreya barədə bildiklərim azdır. Azərbaycanla isə artıq oynamışıq. Təxminən bizimlə bərabər səviyyədə olan yaxşı komandadı. Biz bu rəqiblə bərabər səviyyədə oynamalıyıq. Niyə də müsbət nəticə göstərməyək?!"
Azərbaycan - Moldova oyunu yanvarın 30-da keçiriləcək.
| Paylaş: