"Qarabağ" yenə heç-heçə oynadı
Paylaş:
Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" növbəti sınaq matçını keçirib. Ağdam klubu Polşa təmsilçisi "Lexiya" ilə qarşılaşıb.
Matçın start fiti 18:30-da səslənib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Bu, Qurban Qurbanovun komandasının Antalyadakı ikinci hazırlıq matçı olub. İlk oyunda Rusiyanın "Kuban" klubu ilə qarşılaşan "Qarabağ" görüşdən 2:2 hesablı bərabərliklə ayrılmışdı.
Yoxlama oyunu
18:30. "Qarabağ" - "Lexiya" 1:1
Qol: Dani Kintana, 58
"Qarabağ": 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov
| Paylaş: