')

Bu gün:


FutbolPress.Az | I Divizion klubundan 4 rəsmi transfer - FOTOLAR

I Divizion klubundan 4 rəsmi transfer - FOTOLAR


oxunma sayı: 146 Paylaş:

FutbolPress"Sabah" qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib.

Son klubu "Xəzər" olan Əmrah Əliyev cari mövsümün sonuna kimi bu komandanın formasını geyinəcək. Ampluaca müdafiəçi olan Əmrah, peşəkar karyerası ərzində "Neftçi" AZAL-da çıxış edib.

Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da oynayacaq. Müqavilə ilə "Səbail"ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu "Neftçi", "Sumqayıt" və "Zaqatala" klublarında çıxış edib.

Cari mövsümün ilk yarısını "Qaradağ Lökbatan" klubunda çıxış edən Emin Mirzəliyev də "Sabah"la mövsümün sonuna kimi müqavilə imzalayıb. Ampluaca dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Emin peşəkar karyerası ərzində "Turan" və "Neftçala" klublarında da forma geyinib.

Paytaxt klubunun heyətinə qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedir. Şahin peşəkar karyerası ərzində "Melevan" (İran), "Perspolis" (İran), "Şuşa", "Şəmkir", "İnter" (hazırki "Keşlə") və "Xəzər" klubunda çıxış edib.









oxunma sayı: 146 | Paylaş:




?>