')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayev: “Mənim nə intizamsızlığım olub?”

Kamran Ağayev: “Mənim nə intizamsızlığım olub?”


oxunma sayı: 356 Paylaş:

FutbolPress“Keşlə”nin qapıçısı Kamran Ağayev “Zirə”yə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə müsahibə verib...

- Yoxlama oyunu olsa da, qalib gəldiz. Necə alındı oyun? Həm də bir az aqressiv görünürdün...
- Nəticəyə o qədər də önəm vermirdik. Hamımız peşəkar idmançıyıq. Yoxlama oyununda nəticə kimə lazımdı ki?! Əsas məşqçinin göstərişlərini yerinə yetirməkdi. Keçən oyun başqa tapşırıqlar verirdi, bu dəfə fərqli şeylər istədi. Amma istər-istəməz nəticə üçün də oynayırdıq. Adicə dostlarla oynayanda adam necə aqressiv olur. Normal haldı.

- Əvvəl “İnter”də oynamısan. O vaxtkı komanda ilə indiki “Kerşlə” arasında hansı fərqlər var?
- Fərq hər zaman olur. Qalxmaq, düşmək futbolun hissəsidi. Hələ ki, yeni başlamışıq.

- Bu komanda ilə nəyə ümid etmək olar?
- Ümumiyyətlə, Azərbaycan çempionatı üzüləsi haldadı. Amma nə qədər belə olsa da, öz doğma vətənimizdi, meydana çıxıb oynamalıyıq. Bütün komandanın hazır olacağına ümid eləyirəm.

- Milli komandanın toplanışı olacaq. Səncə, dəvət alacaqsan?
- Milli komanda barədə heç nə danışmaq istəmirəm. Amma bu, futbolu bilən hamınındı və qapısı hamımıza açıqdı. Çağırılacağıq, ya yox bunu gözləyirik.

- Qurban Qurbanov açıqlamasında bildirib ki, futbol bacarığından başqa insani keyfiyyətlər, intizam da önəmli olacaq...
- Bu nə deməkdi ki? Nizam-intizamsızlığın mənə nə aidiyyatı?

- Ölkənin bir nömrəsi olsan da, bəzən haqqında müəyyən söz-söhbətlər də dolaşır...
- Mən də oxumuşam həmin açıqlamanı. Deyirlər ki, Kamran Ağayevə aiddi. Bu necə mənə aid ola bilər? İçki içmirəm, siqaret çəkmirəm...

- Söhbət təkcə işkidən, siqaretdən getmir, ümumiyyətlə intizamsızlıq nəzərdə tutulur...
- Mənim nə intizamsızlığım olub? Sırf məni nəzərdə tutursuzsa, belə deyin. Milli komanda hamımızındı. Çağıracaqlar, gedib oynayacağıq, çağrmayacaqlar oynamayacağıq. Burda başqa heç nə yoxdu. Gedib bir azarkeş kimi komandanı dəstəkləyəcəyik. Güləşə necə azarkeşlik ediriksə, futbol millisi üçün də əl çalacağıq. Milli komandada əsas heyət söhbəti yoxdu. Hansı intizamsızlıq etdiyimdən danışdığınızı bilmirəm. Futbolçu meydanda, elə kənarda da zədə ala bilər. Bu, intizamsızlıq deyil axı. Mən Çexiyada qırmızı vərəqə aldım. Kimisə vurub, dalaşıb "qırmızı" almaq ayrı məsələdi, ya da vaxt uzadırsan, komandanın xeyrinə nəsə edib cəzalandırılırsan, bu tamam başqa şeydi.

- “Mlada”ya gedişini səhv addım saymırsan?
- Səhv addım deyil. Sadəcə zədədən sağalıb getmişdim. Artıq çəkim də var idi. Orda bir az düzəldim, amma yenə zədə aldım. Söhbət “qırmızı”dan getmir. İkinci zədədən sonra hər şey bitdi. İndi 6 aylıq müqavilə bağlamışçam. Sonra da görək hazırlaşıb yenidən üzümüzü tutarıq xaricə.


oxunma sayı: 356 | Paylaş:




?>