“Zirə” yarımmüdafiəyə oyunçu axtarır: “Azı bir transfer etmək istəyirik”
Paylaş:
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Keşlə”yə 1:2 hesabıyla məğlub olduqları yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb...
- Oyunu şərh edərdiz...
- Bakıda son oyunumuz idi. Ağır məşqlərdən sonra oynamaq futbolçular üçün çətindi. Bu gün əsas məsələ onların hərəkətliyi idi. Bu da bizi qane etdi. Çatışmazlıqlarımızı görürük. Onların üzərində işləyəcəyik. Son iki dövrəyə tam hazır olmalıyıq. Bizi çətin oyunlar gözləyir.
- Təmkin Xəlilzadənin yeri görünür?
- Daha Təmkinin söhbətini eləmək istəmirəm. O artıq “Qəbələ”dədi. Çalışacağıq ki, həmin boşluğu dolduraq.
- Cozef Bum zədəlidi?
- Vəziyyəti yaxşıdı. Antalyada ümumi komandaya qoşulacaq.
- Türkiyədə yeni futbolçuların baxışa gəlməsi mümkündürmü?
- Baxışa futbolçu gəlməyəcək. İzlədiyimiz oyunçular var. Çalışacağıq ki, ən azı bir transfer edək. Yarımmüdafiəyə oyunçu istəyirik.
- Ən azı çempionatdakı mövqeyinizi qorumaq üçün daha bir transfer kifayət edəcək?
- Məncə, kifayət edəcək. Bu gün də iki ayrı heyətlə oynadıq.
- Anar Nəzirovun durumu necədi?
- O da məşqlərə başlayıb. Antalyadakı ikinci yoldaşlıq oyununda Anarı sınayacağıq.
| Paylaş: