')

Bu gün:


FutbolPress.Az | "Azərbaycanda Prosineçkiyə böyük hörmət var" - Şehiç

"Azərbaycanda Prosineçkiyə böyük hörmət var" - Şehiç


oxunma sayı: 239 Paylaş:

FutbolPress"Qarabağ"ın Bosniya və Herseqovina millisinə dəvət alan qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlama verib.

O, Azərbaycan yığmasının sabiq çalışdırıcısı, hazırda Bosniya və Herseqovina millisinə rəhbərlik edən Robert Prosineçki barədə də fikirlərini bölüşüb:

"Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. Özü peşəkardı, məşqçi heyəti də peşəkarlardan qurulub.

Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər".


oxunma sayı: 239 | Paylaş:




?>