')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən qolsuz heç-heçə

"Qəbələ"dən qolsuz heç-heçə


oxunma sayı: 100 Paylaş:

FutbolPress“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Bu gün “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib.

Qəbələdəki hazırlıqları başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. I Divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da baş tutub. Qarşılaşma qolsuz sülhlə nəticələnib – 0:0.

Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcək. Ayın 21-də komanda daha bir yoxlama matçı keçirəcək. "Qəbələ" “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.

“Qırmızı-qaralar” Qəbələdə baş tutan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə I Divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


oxunma sayı: 100 | Paylaş:




?>