')

Bu gün:


FutbolPress.Az | "Hazırlığım çox aşağı səviyyədədi" - Elvin Camalov

"Hazırlığım çox aşağı səviyyədədi" - Elvin Camalov


oxunma sayı: 568 Paylaş:

FutbolPress“Qəbələ”nin futbolçusu Elvin Camalov Antalya toplanışı çərçivəsində “Sürix”ə qarşı keçirdikləri matç barədə danışdı. “FutbolPress”ə açıqlamasında o, 0:1 hesabıyla məğlub olduqları qarşılaşma və hazırlıq prosesinin artıq geridə qalan ilk hissəsi barədə fikirlərini bildirdi:

“Məğlub olduq. Amma hazırlaşmağımız baxımından çox vacib oyun idi. Toplanışın birinci hissəsini başa vurduq. 3 günlük fasilədən sonra yenidən məşqləri bərpa edəcəyik. İlk yoxlama oyununda da yaxşı çıxış etmişdik. Bu gün də pis oynamadıq. Ümumi hazırlıq yüksək səviyyədə keçir. Düzdü, bir oyunumuz baş tutmadı. O da keçirilsəydi, daha yaxşı olardı. İndi toplanışın ikinci hissəsini düşünürük. Ondan sonra tam hazır olacağıq”.

Camalov “Sürix”lə matçın ikinci hissəsində meydana buraxılmasına, lakin qısa müddət sonra əvəzlənməsinə də münasibət bildirdi. Gənc oyunçu hazırlığının aşağı səviyyədə olduğunu etiraf etdi:

“Yəqin ki, zəif oynamağımla əlaqədar əvəzləndim. Qərar baş məşqçinindi. Ona görə şərh etmək istəmirəm. Ümumilikdə, builki hazırlığım çox aşağı səviyyədədi. Bu da yəqin ki, belimdə bir qədər ağrıların olması ilə əlaqəlidi”.


oxunma sayı: 568 | Paylaş:





?>