"... Seçmə mərhələ oyunlarında xallar qazanacağıq" – Bəhlul Mustafazadə
Paylaş:
Azərbaycan U-21 millisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Alanyaspor”dan güclü oldu - 3:1. Matçdan sonra yığmanın müdafiəçisi Bəhlul Mustafazadə “FutbolPress”in suallarını cavablandırdı...
- Oyun haqda təəssüratın...
- Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Düşünürəm ki, onun verdiyi tapşırıqları yerinə yetirə bildik. Hələ işləməli olduğumuz çox şey var. Ümid edirəm ki, çatışmazlıqlarımızı aradan qaldəra biləcək və seçmə mərhələ oyunlarında xallar qazanacağıq.
- Digər yığmalarda və elə U-21-in heyətində başqa məşqçilərlə də işləmisən. Rəşad Sadıqovun gəlişindən sonra sistemin, oyun fəlsəfəsinin dəyişəcəyi deyilir. Bir həftəlik hazırlıq prosesində və bu oyunda özün hansısa fərqlər hiss etdin?
- Bir çox şeydə dəyişiklik var. Məsələn, indi daha çox topla oynamağa başlamışıq, qısa ötürmələrə üstünlük veririk. Həmçinin hücum zamanı fərqli kombinasiyaları yoxlayırıq və bunlardan yararlanmağa çalışırıq. Belədə müdafiədə də daha etibarlı oynamaq mümkün olur.
- Məşqçinin oyuna müdaxilələri baxımından fərqlər görürsən?
- Əvvəlki məşqçilərin dövründə daha çox hesaba, nəticəyə oynamağa çalışırdıq. Buna görə müdafiədən çıxış edirdik. İndi isə məşqçi topu özümüzdə saxlamağımızı istəyir. Daha çox bu oyun üslubuna üstünlük veririk.
| Paylaş: