')

Bu gün:


FutbolPress.Az | Gürcüstan Azərbaycanla oyundan niyə imtina edib?

Gürcüstan Azərbaycanla oyundan niyə imtina edib?


oxunma sayı: 120 Paylaş:

FutbolPressGürcüstan Futbol Federasiyasının vitse-prezident Aleksandr İaşvili Azərbaycan millisi ilə fevralın 2-nə planlaşdırılan yoxlama oyunundan imtina etmələrinin səbəbini açıqlayıb.

O, qərarı belə izah edib:

“Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də belə məqamda millinin toplaşması bir qədər çətin məsələdi. Yanvarın 24-də Lozannada Millətlər Liqasının rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək. Gürcüstan və Azərbaycan yığmaları arasında da yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər”.


oxunma sayı: 120 | Paylaş:




?>