Qurban Qurbanovun ilk rəqibi bilindi
Paylaş:
Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib. İqor Dobrolovskidən boşalan posta Aleksandru Spiridon gətirilib.
Yerli federasiya onunla 1+1 sistemiylə müqavilə imzalayıb.
Spiridonun millidə debütü yanvarın 27-də Cənubi Koreyaya qarşı olacaq. Yanvarın 30-da isə Moldova Azərbaycan yığması ilə qarşılaşacaq. Bu, Qurban Qurbanovun millimizdə debüt matçı kimi tarixə düşəcək.
| Paylaş: