')

Bu gün:


FutbolPress.Az | "Neftçi"də yeni baş məşqçi

"Neftçi"də yeni baş məşqçi


oxunma sayı: 184 Paylaş:

FutbolPress"Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyin olunub. Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.

1998-2001-ci illərdə "Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 45 yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Bunacan "Neftçi"nin U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərin baş məşqçi köməkçisi təyin olunub.

Niftəliyev 1996-2002-ci illərdə "Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan komandanın futbolçularından olub.


oxunma sayı: 184 | Paylaş:




?>