')

Bu gün:


FutbolPress.Az | "Millidən dəvət gözləyirdim" - "Kəpəz"in futbolçusu

"Millidən dəvət gözləyirdim" - "Kəpəz"in futbolçusu


oxunma sayı: 143 Paylaş:

FutbolPress“Yığmaya çağırılmağımın Yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”.

Bu sözlər “Kəpəz”in oyunçusu Yusif Cəfərova məxsusdur. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alan gənc müdafiəçi bununla bağlı klub saytına açıqlama verib. O, etimadı doğrultmağa çalışacağını deyib: “Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdir. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidir. Ona görə də dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdir. Məşq proseslərində əlimdən gələni edəcəm”.

Yusif ilk dəfə U-21-ə çağırılıb: “Bundan öncə aşağı yaş qrupları üzrə milli komandalarında şərəfini qorumuşam. Pillə-pillə irəliləyib indi də 21 yaşlılardan ibarət komandaya yüksəlmişəm. Daim dəvət almaq üçün klubumda da müntəzəm çıxış etməliyəm. Oynamaq üçün uyğun yaşdayam. “Kəpəz”in əsas heyətində möhkəmlənmək istəyirəm. Əsas odur ki, mənə güvənirlər və mən də özümü sübut etmək niyyətilə məşqlərdə səylə hazırlaşacam”.

Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. 


oxunma sayı: 143 | Paylaş:




?>