')

Bu gün:


FutbolPress.Az | UEFA 4 Azərbaycan klubuna pul ayırdı

UEFA 4 Azərbaycan klubuna pul ayırdı


oxunma sayı: 392 Paylaş:

FutbolPress2016/17  mövsümündə  UEFA Çempionlar  Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.

Cərimələrdən toplanmış vəsait  UEFA Çempionlar Liqası  və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.

Ötən mövsüm avrokuboklarda iştirak edən Azərbaycan təmsilçiləri də paylarına düşən məbləği alıblar. Avropa Liqasının qrup mərhələsində oynamış “Qarabağ”la “Qəbələ” hərəyə 78 min 300 avro, mübarizəni təsnifat mərhələlərində dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 8 min 540 avro əldə edib. 

UEFA-dan ayrılan maliyyə vəsaiti artıq AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb.


oxunma sayı: 392 | Paylaş:




?>