')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

"Qəbələ" "Dinamo" ilə qarşılaşacaq


oxunma sayı: 130 Paylaş:

FutbolPress“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 2017-2018-ci illər mövsümünün ilk yarısını lider kimi başa vuran komanda hazırlıqlarını yanvarın 7-də başlayacaq.

Ayın 26-dək davam edəcək hazırlığın ilk mərhələsi Qəbələ və Bakıda baş tutacaq. Emin İmaməliyevin yetirmələri bu müddətdə bir neçə yoxlama oyunu da keçirəcək. Sınaqçı rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.

Hazırlıq prosesinin 2-ci mərhələsi Gürcüstanda təşkil olunacaq. Əvəzedicilər yanvarın 26-dan fevralın 2-dək qonşu ölkədə toplanışda olacaq. “Qəbələ” Gürcüstanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Bunlardan ikisində rəqib müəyyənləşib ki, komanda Tiflis “Dinamo”su və “Saburtalo”nun əvəzediciləri ilə üz-üzə gələcək. Yoxlama oyunundakı 3-cü rəqibin adı hələ dəqiqləşməyib.


oxunma sayı: 130 | Paylaş:




?>