')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"də yeni baş məşqçi

"Qəbələ"də yeni baş məşqçi


oxunma sayı: 352 Paylaş:

FutbolPress“Qəbələ”də yeni təyinat gerçəkləşib.

Əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.

2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.


oxunma sayı: 352 | Paylaş:




?>