')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" hazırlığa başladı - heyətdə yeni oyunçular

"Qəbələ" hazırlığa başladı - heyətdə yeni oyunçular


oxunma sayı: 233 Paylaş:

FutbolPressBu gün Türkiyəyə yollanan “Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib. Əyalət təmsilçisi Antalyada təşkil olunan təlim-məşq toplanışına axşam hazırlığı ilə başlayıb.

Toplanışın 1-ci günündə “qırmızı-qaralar”ın ilk məşqi baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində həm toplu, həm topsuz çalışmalara üstünlük verilib.

Hazırlıq prosesində gənc oyunçular - qapıçı Əmrah Zülfüqarlı, müdafiəçi Faiq Hacıyev, yarımmüdafiəçi Abbas Ağazadə də iştirak ediblər. Əvəzedici heyətdən cəlb olunan oyunçular ilk dəfə əsas komanda ilə toplanışa qatılıblar. Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən Dion Malone də kollektivə qoşulub. O, ilk məşq günündə komandadan ayrı hazırlıq keçib.


oxunma sayı: 233 | Paylaş:




?>