')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Qriqorçukun yeni köməkçisini açıqladı

"Qəbələ" Qriqorçukun yeni köməkçisini açıqladı


oxunma sayı: 194 Paylaş:

FutbolPress“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

2017-2018-ci illər mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərın “sükanı arxası”na keçənədək də bu komandada çalışmış 37 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.


oxunma sayı: 194 | Paylaş:




?>