')

Bu gün:


FutbolPress.Az | 2017/18 mövsümünün yarısınadək... (LAYİHƏ)

2017/18 mövsümünün yarısınadək... (LAYİHƏ)


oxunma sayı: 1087 Paylaş:

FutbolPressTopaz Premyer Liqası 2017/18 mövsümünün ekvatoruna yetişdi. Buradək proseslərin ümumi mənzərəsinə baxsaq, nəzərləri çəkən məqamlar elə çox olmadı. Məsələn, əvvəldən bilinirdi ki, "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirəcək, ikincilik uğrunda "Zirə" və "Qəbələ" arasında dartışma gedəcək.
Autsayderlərin adı da təxminən, əvvəldən aşkar idi. "Neftçi"nin uzun sürən problemlərdən can qurtarmaqçün radikal addımlar atacağı gözlənildiyi üçün.. bu, baş verdi və alt pillələrdən qurtulan "ağ-qaralar"ın boşalmış yerinə məngənədən çıxa bilməyən "Keşlə" yuvarlandı. Hazırda qəsəbə təmsilçisi ilə "Kəpəz"in aşkar autsayderliyi göz önündədi. 8 və 7 xalla 7 və 8-ci yerlərdə qərarlaşan Gəncə təmsilçisiylə "Keşlə"nin 6-dakı "Səbail"lə xal fərqi 5-dir.

Bir çoxunun "Qəbələ"ni çempion gördüyü mövsümün bundan sonrakı dövründə şəriksiz lider - "Qarabağ"ı ötməkçün 6 xallıq fərqi aradan qaldırması lazımdır. Bu, asan görünürmü? Yoxsa "atlılar"ın kubokun 1/4 finalında "Sumqayıt"a uduzması bu niyyətdə olanları şirnikləndirib...

Bununçün "Qarabağ"ın böhrana düşməsi lazımdır. Bu da inandırıcı görünmür. Sistem komandasının belə büdrəməsi özlənilən deyil. Bu baş verərsə, haqqında söz-söhbətlər artacaq və s.

Bəs "Qəbələ"nin də yaranandan çempionluq uğrunda mübarizəsi çiçəkləmlidirmi?

Bununçün onların kifayət qədər imkanı/şansı/şəraiti olub. Ancaq bu dövrdə "Xəzər Lənkəran", "Neftçi", "Qarabağ" hegemoniyası oldu, "qırmızı-qaralar"ın zirvə dövranı baş tutmadı ki tumadı...

Hazırkı durumda turnir cədvəlinə baxaraq qeyd elədiyimiz fikirlərin tam əksi də baş verə bilər. Ancaq bu, ehtimalın 1%-i reallığa yaxın olar, ya olmaz. Azərbaycan çempionatında autsayderlərin "diş qıcamaq" potensialı zəif olduğu üçün, orta təbəqə komandaların da sabitliyi elə orta həddə yetdiyinə görə liderləri büdrədəcək güclərə görə təhlil etmək absurd olar.

Yanvarın 5-dən istirahət bitir. Komandalar toplaşıb, növbəti iki dövrə üçün, yəni finişədək hazırlıq planını gerçəkləşdirəcək. Yeni transfer bazarı da açılıb və gözləniləndən daha hərəkətli şəkildə davam edir.

Məsələn, Təmkin Xəlilzadənin "Zirə"dən "Qəbələ"yə keçidi qış transfer pəncərəsindən görünən salyut effekti yaratdı. Bu keçidin baş tutacağı gözlənilən deyildi. "Qartallar"ın bununla bir qanadını itirdiyini düşünənlər az deyil. Üstəlik təcrübəli müdafiəçi Matey də gedib, belədə gələn bircə Fəhmin Muradbəylidir ki, onun itkilərin yerini dolduracağına inam azdır. "Zirə"nin yeni transferləri səbrsizliklə gözlənir. Qışda hamıdan yaxşı qazanan Bakı bölgəsinin təmsilçisi əldə olunan mənfəəti yeni oyunçularla faydaya çevirə biləcəkmi?
Əslində, kubokda "Neftçi"yə uduzub mübarizəni dayandıran Ayxan Abbasovun "drujinası" çempionatda da ən yaxşı, elə ən pis halda da 3-ü yeri tutmağa namizəddir. Bu da yeni yaradılan klubun ardıcıl Aropa Liqasında çıxış etməsi deməkdir ki, nəticəni kifayət qədər uğurlu hesab etmək olar. "Zirə"nin uşaq futboluna diqqəti artırdığını da nəzərə alsaq, sistematik yanaşmanın təqdirəlayiq olduğunu iddia eləmək olar. Hətta çempionatın 4-cüsü olub, burdan Avropa Liqasına düşmək şansını reallığa çevirməkçün ən şanslı da məlumdur. Bu, hazırda dördüncü yerdə qərarlaşan, beşinci ("Neftçi") ilə arasında 4 xal fərq olan "Sumqayıt"dı. Hər ikisi heyətin güclənməsi üçün iddialı həmlələr atmaqdadı. Transfer pəncərəsini diqqətdə saxlamaq yetər. Üstəlik ikisinin də kubokda şansı qalır.

Çempionatın ən real ortababı "Səbail"dir. Sabit ortabab kimi ad çıxaran bu klubun əvvəl legionerlərə meyli çox olsa da, getdikcə bu siyasət aktuallığını itirir. Baş məşqçi Samir Əliyev da çox açıqlamalarında klubun milli komanda üçün gənc oyunçuların özünüsübut məkanı olacağını qabartdı.

Əslində, çempion və mükafatçıların adı indidən məlumdur. Hətta autsayderlərin də. Aradakı xal fərqi bunu deməyə əsas verir. Bəs gözlənilməzliklər necə?

Bu, nəticələrdə yox, klubların peşəkarlaşma istiqamətində atacağı addımlarda özünü büruzə versə, daha yaxşı olar. Məsələn, süni örtüklü meydançaların ləğvi, uşaq futboluna daha ciddi və sistematik yanaşma, kadr hazırlığına xüsusi proqram kimi yanaşmaq.

Bunları edən klubun öz gələcəyinə və ölkə futbolunun inkişafına ciddi yanaşması deməkdir.


* Məqalə AFFA yanında Media Komitəsinin musabiqəsi çərçivəsində hazırlanıb

 


oxunma sayı: 1087 | Paylaş:




?>