')

Bu gün:


FutbolPress.Az | Millinin və "Qəbələ"nin idmançısından bürünc medal

Millinin və "Qəbələ"nin idmançısından bürünc medal


oxunma sayı: 176 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının və “Qəbələ” İdman klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti mükafatını qazanıb. İdmançımız bu gün Çinin Usi şəhərində start götürən "Grand Slam” seriyasında fərqlənib.

80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu, Rio-2016-nın bürünc, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı yarışa 1/4 finaldan başlayıb. Harçeqani ilk döyüşdə norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Ardınca rusiyalı Maksim Xramtsova 6:19 hesabı ilə uduzan taekvondoçumuz 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Anton Kotkovla görüşüb. 17:7 hesabı ilə qələbə qazanan Milad yarışı bürünc medalla başa vurub.


oxunma sayı: 176 | Paylaş:




?>