')

Bu gün:


FutbolPress.Az | "Neftçi" balacaların arzusunu gerçəkləşdirdi - FOTOLAR

"Neftçi" balacaların arzusunu gerçəkləşdirdi - FOTOLAR


oxunma sayı: 244 Paylaş:

FutbolPress"ASAN Məktub” layihəsinə dəstək verən "Neftçi”nin təşkilatçılığı ilə 8-ci kilopmetr stadionunda tədbir keçirilib. Klubun rəsmi saytının yaydığı məlumata görə, yeni il ərəfəsində baş tutan tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən "Neftçi” "ASAN Məktub” layihəsi çərçivəsində 12 nəfər uşağın arzusunu gerçəkləşdirib.

Əvvəlcə "Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar.

Sonra tədbirin rəsmi hissəsi keçirilib. Burada "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, "ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanızın baş məşqçisi Tərlan Əhmədov çıxış edərk ürək sözlərini bildiriblər. Ardınca Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də "Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandasın baş məşqçisi İslam Kərimov, "Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara hədiyyələri təqdim ediblər.

Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.













oxunma sayı: 244 | Paylaş:




?>